Pressa.az » Britaniya Ermənistana ilk dəfə hərbi attaşe təyin edib

Britaniya Ermənistana ilk dəfə hərbi attaşe təyin edib

04 dekabr 2025, Cümə axşamı, 15:30
Britaniya Ermənistana ilk dəfə hərbi attaşe təyin edib

Böyük Britaniya ilk dəfə Ermənistana rezident hərbi attaşe təyin edib.

Liderxeber.az“Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Ermənistandakı Səfirliyi yayıb.

Sözügedən posta mayor Tomas Şorland Boll təyin olunub.

“Bu tarixi addım Birləşmiş Krallıqla Ermənistan arasında tərəfdaşlığın dayanıqlığının artmasını təcəssüm etdirir, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək”, - məlumatda qeyd olunub.