Pressa.az » Gürcüstan azərbaycanlı da daxil daha 61 əcnəbini deportasiya edib

Gürcüstan azərbaycanlı da daxil daha 61 əcnəbini deportasiya edib

08 sentyabr 2026, Çərşənbə axşamı, 12:30
Gürcüstan azərbaycanlı da daxil daha 61 əcnəbini deportasiya edib

Gürcüstan 61 xarici vətəndaşı deportasiya edib.

Liderxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkədən çıxarılan şəxslər Hindistan, Misir, Türkiyə, Kuba, Azərbaycan, Türkmənistan, Rusiya, Nigeriya, Ermənistan, Belarus, Özbəkistan, Burundi, Efiopiya və Pakistan vətəndaşlarıdır.

Deportasiya olunan şəxslərin Gürcüstana girişinə mövcud qanunvericiliyə uyğun olaraq qadağa qoyulub.

Nazirlik bildirir ki, cari ilin əvvəlindən Miqrasiya Departamentinin əməkdaşları tərəfindən artıq 3 minə yaxın xarici vətəndaş Gürcüstandan deportasiya edilib. Bu göstərici əvvəlki ilin ümumi rəqəmindən xeyli çoxdur.