FHN: "Xankəndi yaxınlığında partlayışla bağlı xilasetmə işləri bitib, xilasedicilərimiz 48 nəfərin cəsədini çıxarıb"
Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Bu barədə FHN-dən bildirilib.
Həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Oxşar Xəbərlər:
09 fevral 2023, Cümə axşamı
Azərbaycanın xilasediciləri dağıntılar altından daha 2 nəfərin meyitini çıxarıb
15 fevral 2023, Çərşənbə
Azərbaycanın xilasediciləri dağıntılar altından azyaşlı və kişi meyitini çıxarıb
20 fevral 2023, Bazar ertəsi
Azərbaycan xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir