Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb

Xocalı rayonunun Ballıca kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.
Liderxeber.az xəbər verir ki, Ballıcaya bu gün yola salınan köç karvanı 24 ailədən (98 nəfər) ibarətdir.
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Liderxeber.az xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 24 ailə (98 nəfər) köçürülür.
Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 136-ya (660 nəfər) çatacaq.