Xalq artisti Roza Cəlilova dəfn edilib
Xalq artisti Roza Cəlilova dəfn edilib.
Liderxeber.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Xalq artisti Roza Cəlilova ilə Təzəpir məscidində vida mərasimi keçirilib.
Liderxeber.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, Mədəniyyət Nazirliyinin əməkdaşları və media mənsubları iştirak ediblər.
Mərasimin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.
Xalq artisti Roza Cəlilova ilə vida mərasimi Təzəpir məscidində olacaq.
Liderxeber.az xəbər verir ki, vida mərasiminin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.
"Noyabrın 19-u, saat 04:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən çağırış qeydə alınıb".
Bu məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Liderxeber.az-ın sorğusuna cavab olaraq verib.
Qeyd olunub ki, çağırış ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən Xalq artisti Roza Cəlilovanın həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb.
Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib.
Liderxeber.az xəbər verir ki, sənətkar yaşadığı mənzildə - Bakının Səbail rayonunda T.Elçin küçəsi, 5 ünvanında dünyasını dəyişib.
Qeyd edək ki, Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M.F.Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik edib.
Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb.
Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub.
Ümumdünya festivallarının və beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik edib.
2007-ci ildə "Xalq artisti" fəxri adını alıb.
