Pressa.az » Cəmiyyət » Gələn yay Belqrad və Bakı arasında aviareyslər açıla bilər

Gələn yay Belqrad və Bakı arasında aviareyslər açıla bilər

25 noyabr 2025, Çərşənbə axşamı, 09:50
Gələn yay Belqrad və Bakı arasında aviareyslər açıla bilər

"Air Serbia" aviaşirkəti gələn yay Belqrad və Bakı arasında reyslərin açılması haqqında danışıqların yekun mərhələsindədir.

Liderxeber.az xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru İrji Marek Serbiyanın Radio Televiziyasına (RTS) məlumat verib.

"Tbilisidəki uğurlu reysdən sonra Bakının növbəti marşrutumuz qismində əlavə edilməsi üçün danışıqların son mərhələsindəyik. Yaxın zamanda qərar veriləcək və ola bilsin ki, bu regionda daha bir istiqamət açaq", - deyə o vurğulayıb.