Məmməd İbrahimli həbs edildi
Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimli barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
Liderxeber.az-ın məlumatına görə, təqdimat təmin edilib, M.İbrahimli barəsində iki ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M.İbrahimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, M.İbrahimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
27 yanvar 2025, Bazar ertəsi
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin növbəti məhkəməsi keçiriləcək
