Pressa.az » Cəmiyyət » Ürək problemlərinin erkən, lakin tez-tez gözardı edilən üç əlaməti

Ürək problemlərinin erkən, lakin tez-tez gözardı edilən üç əlaməti

02 dekabr 2025, Çərşənbə axşamı, 16:22
Ürək problemlərinin erkən, lakin tez-tez gözardı edilən üç əlaməti

Rusiyalı kardioloq Valeriya Bonadıkova ürək problemlərinin çox vaxt diqqətdən kənarda qalan üç erkən simptomunu açıqlayıb.

Liderxeber.az xəbər verir ki, həkim bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.

Valeriya Bonadıkovanın sözlərinə görə, ürək xəstəliklərinin həyəcanverici, lakin tez-tez gözardı edilən əlamətlərindən biri çənədə, boyunda, beldə və ya qarının yuxarı hissəsində yaranan atipik, sıxıcı ağrıdır. Həkim bildirib ki, xüsusilə fiziki gərginlik zamanı baş verən və nəfəs darlığı və ya ürəkbulanma ilə müşayiət olunan bu ağrı işemiyanın göstəricisi ola bilər.

Ürək xəstəliyinin digər simptomu gecə yaranan xorultudur. Mütəxəssis vurğulayıb ki, yuxu zamanı baş verən istənilən tənəffüs pozğunluğu oksigen çatışmazlığına, iltihaba və damar divarlarında stresə səbəb olur ki, bu da infarkt və insult riskini artırır.

Bonadıkovanın sözlərinə görə, kişilərdə damar problemlərinin erkən əlamətlərindən biri erektil disfunksiya ola bilər.

"Cinsiyyət üzvündəki kiçik damarlar ateroskleroz zamanı böyük koronar arteriyalara nisbətən daha tez zədələnir. Potensiya ilə bağlı problemlər ürək-damar xəstəliklərinin digər xarakterik simptomlarının ortaya çıxmasından iki-beş il əvvəl müşahidə oluna bilər", - deyə o qeyd edib.