Pressa.az » Cəmiyyət » Həm ucuz olsun, həm də əyləncəli... - Yeni ildə hara gedək?

Həm ucuz olsun, həm də əyləncəli... - Yeni ildə hara gedək?

06 dekabr 2025, Şənbə, 09:01
Həm ucuz olsun, həm də əyləncəli... - Yeni ildə hara gedək?

Həmişə inanırıq ki, yeni ilə qədəm qoymaq insan ruhuna müalicəvi təsir göstərir. Hər kəsin yeni ildən öz gözləntiləri, dəyişiklik arzuları var. Buna görə də hər Yeni il gecəsini səbirsizliklə gözləyirik. Bəzən qarla örtülü, işıltılı küçələr və ilin sonuna doğru qarşımıza çıxan rəngarəng hədiyyələr bu həyəcanı daha da artırır. İlin bu vaxtı plan qurmaq üçün ən ideal zamandır. Əgər səyahət üçün bir bəhanəyə ehtiyacınız varsa, Yeni ilin bayram işıqları sizi yollara çağırır. Büdcənizi sarsıtmadan, əlverişli bir Yeni il səyahəti necə ola bilər?

Liderxeber.az Yeni ildə büdcəyə uyğun və eyni zamanda, unudulmaz təcrübələr yaşaya biləcəyiniz səyahət təkliflərini təqdim edir:

Tbilisi

Gürcüstanın paytaxtı Tbilisi Kür çayının hər iki sahilində yerləşir. Şəhər yalnız memarlığı ilə deyil, həm də təbii gözəllikləri ilə diqqət çəkir. Yeni ildə xoş vaxt keçirmək üçün idealdır. Uyğun qiymətə hotel tapmaqla büdcəni sarsıtmamaq mümkündür. Tbilisi həm də Yeni il coşqusunu küçələrdə yaşamaq üçün əla yerdir.

Sarayevo

Ucuz xarici səyahət üçün Sarayevo yaxşı seçimdir. Qiymətlər münasibdir, atmosfer tanışdır, türk dilində danışanlar da var. Yeni il gecəsi şəhər maraqlı və əyləncəli atmosferə bürünür, “BBI Center” önündə konsert və partilər təşkil olunur. Yerli mətbəxi mütləq sınayın.

Belqrad

Serbiyanın paytaxtı Belqrad mədəniyyət və incəsənət mərkəzidir. Balkan musiqisi və yeməklərinin yayıldığı küçələrdə il boyu əyləncə davam edir. Sava və Tuna çaylarının sahilində partilər təşkil olunur və hətta qayıq turları ilə əyləncəni artırmaq mümkündür.

Bansko

Bolqarıstanın məşhur xizək mərkəzlərindən biri olan Bansko Yeni il üçün əlverişli və büdcə dostu seçimdir. Hotel və ya mənzil kirayələmək mümkündür, erkən rezervasiya ilə daha sərfəli qiymətə yerlər tapmaq olar. Yeni il gecəsi atəşfəşanlıqla qeyd olunur.

Qardaş Türkiyədə də yeni ili uyğun qiymətə qarşılamaq üçün yerlər var.

Sakarya

İstanbul yaxınlığında təbiətlə iç-içə vaxt keçirmək istəyirsinizsə, Sakarya idealdır. Dağ evlərində kamp, oyunlar təklif edilir. Romantik, ya da dinc bir Yeni il keçirmək mümkündür.

Sapanca

Göl mənzərəsi, kamin, qarlı yollar… Sakit Yeni il planı üçün Sapanca əla seçimdir. Bunqalov, dağ evi və ya butik hotellərdə qalmaq mümkündür.

Kartepe

Kocaeliyə bağlı Kartepe xizək və təbiət sevənlər üçün idealdır. Yeni il gecəsini qarlı dağ mənzərəsi fonunda qeyd etmək üçün erkən rezervasiya tövsiyə olunur.

Alanya

Antalyanın turizm bölgəsi olan Alanya həm qış, həm də yay üçün əlverişlidir. Fərqli büdcələr üçün hotel və qonaqlama imkanları mövcuddur. İşıqlı Yeni İl bazarları ilə bayram ruhunu yaşaya bilərsiniz.

Kaş

Yay aylarının populyar məkanı Kaş qışda ən ucuz mövsümünü yaşayır. Sakitlik, dəniz mənzərəsi, balıq restoranları və hətta dalğıclıq imkanları ilə Yeni İlin ilk gününü dinc və gözəl şəkildə qarşılayın.