"NETTY 2025" nominantları müəyyən ediliblər
"NETTY 2025"in Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən ediliblər.
Lidetrxeber.az xəbər verir ki, iştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantları olan saytlar, səhifələr və tətbiqlər seçilib.
Nominantların yekun siyahısı ilə mükafatının saytında tanış ola bilərsiniz: https://www.netty.az/az/nominants
Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başlayıb. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.
Nominantlar arasından qaliblər 18 dekabrda mükafatlandırmanın təntənəli mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcəklər.
NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. Müsabiqə çərçivəsində əhəmiyyətli veb və mobil resursların, ən yaxşı İT layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.
Mükafatın tərəfdaşları:
Baş tərəfdaş: "Nar Mobile".
Rəsmi tərəfdaş: "AzInTelecom".
Tərəfdaşlar: AIM, "SmartHost", "Savalan", "Ali & Nino", "Matrix Akademiyası", Online.az," Renley".
Məlumat tərəfdaşları: Report.az, Infocity.tech, Technote.az, Oxu.Az, "Каспий", Baku TV, Baku.ws, Media.az, "Radio Enerji", "Kazzımli Photography", "Sapunov Online", "ALR Medi".
