Uzunömürlülüyün sirri olan vərdişlər müəyyən edildi
Dünyada insanların 100 yaşa qədər yaşama ehtimalının yüksək olduğu bölgələr mavi zonalar adlanır.
Liderxeber.az "Mirror"a istinadən xəbər verir ki, dünyada cəmi beş belə ərazi var: İtaliyada Sardiniya, Yunanıstanda İkariya, Yaponiyada Okinava, ABŞ-də Loma-Linda, Puerto-Rikoda Nikoya.

Mavi zonaların sakinlərinin həyat tərzi əsasən oxşardır: Sadə yemək, isti ailə münasibətləri və asta həyat tempi.
Maraqlıdır ki, bu bölgələrin əksəriyyətində insanlar gündə bir və ya iki qədəh şərab içirlər. Bu, yalnız bayramlar və ya özəl günlərlə məhdudlaşmır, həm də gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilib.
Tədqiqatçılar, həmçinin qeyd edirlər ki, mavi zonaların sakinləri sadəcə sakit, mənalı və rahat yaşamağa çalışırlar. Onların uzunömürlülüyünün əsas sirri də elə budur.
