Xırnik bəhməzi hansı faydalara malikdir?
Azərbaycan bağlarının bəzəyi və payız-qış mövsümünün əvəzedilməz nemətlərindən biri olan xırniyin dadı çoxlarına tanışdır.
Lakin bu meyvənin bəhməzinin həm dadlı, həm də faydalı olduğunu çoxları bilmir.
Biologiya elmləri doktoru Əhəd Nəbiyev xırniyin bəhməzinin yüksək qidalılıq dəyərinə malik olduğunu qeyd edir:
"Xırniyin qidalılıq dəyəri çox yüksəkdir. O, fenol birləşmələri ilə zəngin olan meyvələrdəndir. Fenol birləşmələri antioksidant təsirə malikdir və insan orqanizmində xəstəliktörədici mikroorqanizmləri məhv edir. Həmçinin xırniyin tərkibində olan yod zob xəstəliyinə qarşı istifadə olunan təbii dərman preparatıdır. Yod ətirli amin turşusu ilə birləşərək teroksin əmələ gətirir".
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 yanvar 2024, Cümə axşamı
Əcnəbilərin Azərbaycan dili üzrə imtahanlarda iştirakı üçün qeydiyyat elan edilib
