Pressa.az » Cəmiyyət » Taksi sürmək istəyənlərin nəzərinə! - Vaxt bitir

Taksi sürmək istəyənlərin nəzərinə! - Vaxt bitir

29 dekabr 2025, Bazar ertəsi, 17:40
Taksi sürmək istəyənlərin nəzərinə! - Vaxt bitir

Bakıda taksi minik avtomobilləri ilə sərnişindaşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) ədəd müəyyən edilib. 

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, kvota ilə bağlı müraciət ərizələrinin qəbulu vaxtı isə 30 dekabr saat 23:59-da bitir:

“Yanvardan etibarən müraciətlərin qeydiyyatı və baxılması növbəlilik gözlənilməklə və şəffaflıq təmin edilməklə həyata keçiriləcək. Növbəlilik sırası gücləndirilmiş imza (elektron imza) ilə göndərilən elektron ərizənin tarix və vaxtına görə müəyyən edilir. Növbədə olan nəqliyyat vasitələrinin sayı haqqında məlumatı AYNA-nın saytından əldə etmək mümkün olacaq. Saytda , həmçinin buraxılış kartı qüvvədə olan nəqliyyat vasitələrinin sayı və kvotada yaranan boş yer barədə məlumatlar yer alacaq”.