Azərbaycanda məşhur şirkətin 1,8 milyon manatlıq nizamnamə kapitalına həbs qoyuldu
"Azərşin" ASC-nin nizamnamə kapitalının üzərinə həbs qoyulub.
Liderxeber.az xəbər verir ki, məlumatına görə, buna səbəb şirkətin işçisinə ödəmədiyi 8 230 manat əməkhaqqı borcudur.
Daha öncə məhkəmə məbləğin ödənilməsinə dair qərar qəbul etsə də, şirkət bundan yayınıb.
Nəticədə icra sənədinin icrasını təmin etmək məqsədilə məhkəməyə təqdimat verilib. Nərimanov Rayon Məhkəməsi təqdimatı təmin edərək, "Azərşin" ASC-nin nizamnamə kapitalının üzərinə həbs qoyulması ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, aylardır mediada fəaliyyəti olmayan bu şirkətin bağlanacağına dair xəbərlər yer alır. "Azərşin" 2005-ci ildə yaradılıb. Hüquqi sahibi Xanlar Süleymanov olan ASC-nin nizamnamə kapitalı 1.789 milyon manatdır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
30 yanvar 2024, Çərşənbə axşamı
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
