Pressa.az » Cəmiyyət » Ağcaqanad dişləməsi ilə başlayan təhlükə: Çikunqunya virusu həyat keyfiyyətini ciddi şəkildə məhv edir

Ağcaqanad dişləməsi ilə başlayan təhlükə: Çikunqunya virusu həyat keyfiyyətini ciddi şəkildə məhv edir

05 fevral 2026, Cümə axşamı, 10:02
Ağcaqanad dişləməsi ilə başlayan təhlükə: Çikunqunya virusu həyat keyfiyyətini ciddi şəkildə məhv edir

"Çikunqunya virusuna (ağcaqanadların dişləməsi ilə insanlara keçən, yüksək qızdırma və şiddətli, bəzən xroniki oynaq ağrılarına səbəb olan arbovirus) yoluxmanın əsas təhlükəsi onun yüksək ölüm nisbəti deyil, xəstəliyin uzunmüddətli, zəiflədici gedişi və ağır fəsadlarıdır".

Liderxeber.az xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında rusiyalı alim Murad Şahmərdanov deyib.

Onun sözlərinə görə, çikunqunya qızdırmasının əsas təhlükəsi yüksək ölüm riski ilə deyil, uzun sürən və insanı zəiflədən xəstəlik gedişi ilə bağlıdır:

"Əsas problemlər xroniki artrit və artralgiyadır. Sağalan xəstələrin 30-40 faizində aylarla, hətta illərlə davam edə bilən xroniki oynaq ağrıları yaranır. Bu isə həyat keyfiyyətini və iş qabiliyyətini ciddi şəkildə azaldır. Yeni doğulmuş körpələrdə, yaşlı insanlarda və xroniki xəstəlikləri olan şəxslərdə sinir sisteminin zədələnməsi (ensefalit, meningit), miokardit, ağır trombositopeniya və qanaxmalarla müşayiət olunan ağır formalar da mümkündür".

Mütəxəssis izah edib ki, xəstəlik adətən qəfil başlayan yüksək qızdırma, şiddətli oynaq ağrıları və dəri səpgiləri ilə özünü göstərir. Oynaq ağrıları çox vaxt o qədər güclü olur ki, xəstə hərəkət etməkdə ciddi çətinlik çəkir.