Pressa.az » Cəmiyyət » Təbii fəlakət zamanı zərərlər necə qarşılanır? Ekspert açıqlaması

Təbii fəlakət zamanı zərərlər necə qarşılanır? Ekspert açıqlaması

30 mart 2026, Bazar ertəsi, 18:31
Təbii fəlakət zamanı zərərlər necə qarşılanır? Ekspert açıqlaması

Təbii hallar – xüsusilə güclü yağışlar, sel və subasma halları zamanı yaşayış evlərinə və digər əmlaklara ciddi ziyan dəyə bilər. Xüsusən də Azərbaycanda son günlər qeyri-hava şəraitinin hökm sürməsi və normadan artıq düşən yağıntı nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyib. Vətəndaşlar bu hallarda nə etməlidir? Onlara dəymiş zərərə görə hansı hallarda kompensasiya ödənilir?

Ekspert Elnur Fərzəliyev Liderxeber.az- a açıqlamasında bildirdi ki, əvvəllər Bakı və Abşeron ərazisində kiçik göllər və bataqlıq ərazilər mövcud idi ki, bunlar təbii proses nəticəsində yaranmışdı. Yağıntı suları isə öz axarı ilə həmin ərazilərə axırdılar. Ekspertin sözlərinə görə, zamanla həmin göllər və bataqlıqlar quruduldu və yerlərində fərdi yaşayış evləri tikildi. Yağıntılar da həmin əmlaklar istiqamətinə axır. Nəticədə vətəndaşların evləri bu cür subasmalara məruz qalırlar.

Onun sözlərinə görə, digər səbəb Bakı və Abşeronda yaşayış massivlərinin sıx olmasıdır ki, su və kanalizasiya sisteminin vətəndaş və əmlakların sayından çox olması sistem yüklü olur və çatdırmır. Bu da ciddi ziyanlara gətirib çıxarır

Ekspert əlavə etdi ki, Azərbaycanda bu kimi hallarda zərərin qarşılanması əsasən dövlət qurumlarının apardığı qiymətləndirmədən sonra həyata keçirilir.

Elnur Fərzəliyevin sözlərinə görə, zərərçəkmiş vətəndaşlar hadisə baş verən kimi yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara müraciət etməlidirlər. Əraziyə baxış keçirilir, zərərin miqyası müəyyən olunur və müvafiq akt tərtib edilir. Daha sonra zərərin bir hissəsi dövlət tərəfindən kompensasiya oluna bilər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov isə Liderxeber.az-a açıqlamasında bildirir ki, bu cür hallarda ən effektiv maliyyə təminatı vasitəsi əmlakın sığortalanmasıdır. Onun sözlərinə görə, əgər əmlak əvvəlcədən sığortalanıbsa, dəyən zərər sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığorta şirkəti tərəfindən qarşılanır.

Eldəniz Əmirov qeyd etdi ki, bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, mümkün riskləri minimuma endirmək üçün əmlaklarını əvvəlcədən sığortalasınlar.