Pressa.az » Cəmiyyət » Cəlilabadda avtobus qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var

Cəlilabadda avtobus qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var

06 iyun 2024, Cümə axşamı, 11:24
Cəlilabadda avtobus qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var

Cəlilabadda dəhşətli yol qəzası baş verib.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çoxlu sayda yaralı var. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb. Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.