Pressa.az » Cəmiyyət » 100 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı

100 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı

12 avqust 2024, Bazar ertəsi, 18:01
100 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı

ABŞ-dən olan uzunömürlü qadın 100 yaşa çatmağın sirri kimi özünü yormamağı xüsusi vurğulayıb.

Texas ştatından olan qadın yüz illik yubileyini qeyd edib və bu yaşa necə çatdığını açıqlayıb.

Bu barədə WCSC-TV xəbər verir.

Cenevyeva Naxera adlı qadının ad gününə dostları və dörd nəsil yaxınları toplaşıb. 100 yaşı tamam olan uzunömürlü qadın tiara və mirvari boyunbağı taxaraq yubileyini qeyd edib.

Qadın uzunömürlülüyünün sirrini sevinclə dilə gətirib. Onun sözlərinə görə, insan özünü yormamalı və taleyini yaradana etibar etməlidir. "Gündüzlər yatmayın. Mən hər şeyi yeyirəm və istədiyim hər şeyi içirəm",-deyə qadın bildirib.