Lənkərandakı yol qəzasında xəsarət alan 24 nəfərdən 13-ü xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

Lənkəranda baş verən yol qəzasında xəsarət alanların sayı 24-ə çatıb.
Liderxeber.az-a TƏBİB-dən verilən məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində yanvarın 28-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. 13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Lənkəranda baş verən yol qəzası ilə bağlı araşdırma aparılır.
Bu barədə sorğuya cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev məlumat verib.
O bildirib ki, bu gün saat 13 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus "Vaz" markalı avtomobil və Xaqani Ramazanzadənin idarə etdiyi "Isuzu" markalı avtobusun toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib:
"Hadisə yerində polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik və digər tədbirlər görülüb. Qəza ilə bağlı avtotexniki ekspertizalar təyin edilib, araşdırma aparılır".
Lənkəranda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib.
Liderxeber.az-ın məlumatına görə, bu gün Lənkəranda baş verən yol qəzasında xəsarət alan şəxslər aşağıdakılardır:
1. Kərimova Akifə Aşur - 1965
2. Ramazanzadə Xəqani Fizuli - 1991
3. Manafova Jalə Xankişi - 1989
4. Cəfərova Günay Natiq - 1982
5. Əliyeva Gülnar Şəmşir - 1985
6. Qəmbərov Yusif İbrahim - 1968
7. Hüseynov Cəvahir Rövşən - 2008
8. Bayramova Ulduz Sədaqət - 1989
9. Xudaverdiyev Səttar Ramin - 2003
10. Axundzadə Könül Xaliq - 2002
11. Əlizadə Əlifağa Xudu - 1995
12. Allahverdiyeva Rüqǝyya Ramil 2016
13. Ağazadə Yusif Vüqar - 2013
14. Hüseynova Sevda Qurban - 1992
15. Zəkiyeva Ülkər Maksud - 1994
16. Məmmədova Aygün Şamil - 1963
17. Xudaveridiyeva Nuridə - 1979
18. Əkbərov Çingiz Əşrəf - 1984
19.Əkbərzadə Maksum Şahid - 2002
20. Əliyeva Nuranə Rafiq -1981
21. Əhmədova Nazilə Cəfər - 1955
22. Babayeva Arzu Azad - 1985
23. Rüstəmov Hümmət Fizuli - 1975
Oxşar Xəbərlər:



