Prezidentin yüksək vəzifəyə təyin etdiyi Rüfət Mahmud kimdir?
![Prezidentin yüksək vəzifəyə təyin etdiyi Rüfət Mahmud kimdir?](https://cdn.liderxeber.az/posts/2025-02/bkaqxlvy67w4p6rvsmjkyfb7lwocyoivrmypucnr_1200.webp)
Rüfət Nahid oğlu Mahmud Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Liderxeber.az Rüfət Mahmudun dosyesini təqdim edir.
Rüfət Mahmud Xəzər Universitetinin bakalavr, İqtisad Universitetinin (UNEC) magistratura pillələrini bitirib. 2006-2007-ci illərdə Sirakuz Universitetinin Maksvell Məktəbində təhsil alıb.
Rüfət Mahmud son təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan "SOCAR Rus" MMC-nin baş direktoru olub.
2019-22-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, 2009-18-ci illərdə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində işləyib.
Rüfət Mahmud, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İqtisadiyyat Nazirliyində işləyib.
Oxşar Xəbərlər:
![Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI](https://cdn.liderxeber.az/posts/2024-05/thumbs/4408261465_6651f5e6eb2cd6651f5e6eb2ce17166473980a6e414c14a42ae0703757160cef41d9.webp)
![Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı](https://cdn.liderxeber.az/posts/2024-06/thumbs/ebtx6c7nb5eudzqmss75pkk20zudrqlfm7xerrm4_640.webp)