Вернуться назад Распечатать

Sürücülərin diqqətinə!

Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində martın 22-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Xatırladaq ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, havanın temperaturunun ötən günlərlə müqayisədə 10-15 dərəcə enib.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.