Bu gün Bakı şəhər Xətai rayonu ərazisində ağır qəza baş verib.
Liderxeber.az xəbər verir ki, 8 Noyabr prospektində “HAVAL” və “Hyundai” markalı maşınlar toqquşub. Avtomobillərdən biri daha sonra prospektlə hərəkət edən üçüncü maşına çırpılıb.
Qəza nəticəsində hər üç avtomobilə ciddi maddi ziyan dəyib. Ərazidə qəza səbəbilə nəqliyyatın hərəkətində poblemlər yaranıb. Hadisə yerinə polis və sığorta əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.