Bakının Yasamal rayonunda Mərkəzi Parkın 1-ci hissəsində yerləşən yeraltı keçidə lazımi qulluq və təmir işləri aparılmadığından yararsız vəziyyətə düşüb.
Liderxeber.az xəbər verir ki , hazırda keçidin divarlarında və tavanında ciddi çatlar müşahidə olunur. Bəzi yerlərdə divarları örtən plitələr tamamilə yıxılıb və bu sahələr müvəqqəti olaraq kağız və lentlə örtülüb.
Görünən odur ki, bu yeraltı keçiddə təmir işlərinin aparılmasına ehtiyac var. Vəziyyət qəzalara səbəb olmamışdan əvvəl aidiyyatı qurumlar bu problemə diqqət yetirməlidir.
Əlavə edək ki, parkın ilk hissəsi 22 may 2019-cu ildə açılıb.
PhotoStock.Az sözügedən keçiddən fotoreportajı hazırlayıb.