Вернуться назад Распечатать

Sağlamlığın zəifləməsi neçə yaşdan başlanır?

55 yaşdan yuxarı şəxslərdə hüceyrə zədələnməsi və sağlamlığın zəifləməsi başlayır, bununla əlaqədar iltihabi proseslər güclənir.

Liderxeber.az xəbər verir ki, bunu ABŞ-li diyetoloq və qida biokimyaçısı Kristofer Rods "Wellness Pulse"a verdiyi müsahibəsində bildirib.

Həkim qeyd edib ki, xroniki iltihab orqanizm üçün zəruri olan kəskin iltihabdan fərqlənir.

"Yaşlandıqca immun sistemimiz orqanizmə doğma və yad elementləri daha pis ayırd edir. Bu, orqanizmin infeksiyalarla mübarizə qabiliyyətini azaldır və digər hüceyrələrin işinə mane olan iltihab molekullarının həddindən artıq istehsalına səbəb olur", - deyə alim izah edib.

Aparılan araşdırmaların nəticələrinə görə, orqanizmdə iltihab proseslərinin güclənməsi əsasən 55 yaşdan sonra başlayır. Lakin dəqiq göstərici insandan insana dəyişir.