Вернуться назад Распечатать

Əfv olunanlar arasında həmin fransız da var - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb.

Liderxeber.az-ın məlumatına görə, əfv olunanlar arasında Fransa vətəndaşı 1986-cı il təvəllüdlü Clerc Theo Hugo da var.

O, Bakıda metro tunelinə qanunsuz daxil olaraq qatarların üstündə qraffitilər çəkdiyinə görə 2024-cü ilin sentyabrında Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.