Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl həmyerlimiz Ceyhun Sadibəyli ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərindəki çimərliklərin birində boğularaq vəfat edib.
Liderxeber.az xəbər verir ki, Ceyhunun nəşinin Azərbaycana gətirilməsi məqsədilə yardım kampaniyası başladılıb.
Bildirilib ki, ailəsinin arzusuna uyğun olaraq, onun nəşinin doğma vətəni Azərbaycana göndərilməsi planlaşdırılır. Lakin nəşin repatriasiyası (ölkəyə qaytarılması), sənədləşmə və dəfn xərcləri yüksək məbləğ tələb edir. Bu səbəbdən dostları yardım kampaniyası başladaraq Ceyhunun ailəsinə maddi və mənəvi dəstək olmaq qərarına gəlib.
Qeyd edək ki, Bostonda yaşayan Ceyhun Sadibəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə olarkən onun həyat yoldaşı suda boğulmağa başlayıb. 24 yaşlı Ceyhun xanımını xilas etmək istəyərkən özü ölüb.