Вернуться назад Распечатать

Bakıda illərdir gözlənilən BÖYÜK SÖKÜNTÜ başlanır - Əhaliyə veriləcək MƏBLƏĞ də bəllidir

Bakının Nəsimi rayonunda böyük söküntü başlayır. Söhbət "Papanin" kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsindəki həyət evlərindən gedir.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, artıq siyahıya alınma prosesinə başlanılıb.

Aparılacaq söküntü ilə bağlı hər m²-ə görə əhaliyə veriləcək kompensasiyanın məbləği 2 700 manat müəyyən edilib.

İllərdir gözlənilən söküntüyə artıq bu ilin payızında başlanacağı bildirilir.