Вернуться назад Распечатать

Çimərlikdə gün vuran yeniyetmə öldü

Sumqayıt şəhərində çimərlikdə ölüm hadisəsi baş verib.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, iyulun 21-i saat 16 radələrində şəhər ərazisində yerləşən çimərlikdə Abşeron rayon sakini 2011-ci il təvəllüdlü Azər Məcidovun halı pisləşib.

Xəstəxanaya çatdırılan yeniyetmə az sonra vəfat edib.

Bildirilib ki, talassemiya xəstəliyindən əziyyət çəkən Azərin çimərlikdə günvurmadan sonra halı pisləşib.

Araşdırma aparılır.