Вернуться назад Распечатать

Tovuzda bağçada azyaşlıya qarşı şiddət edildi

Tovuz rayonunda fəaliyyət göstərən bağçada azyaşlıya qarşı şiddət göstərilməsini əks etdirən görüntülər yayılıb.

Liderxeber.az xəbər verir ki, görüntünün Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alındığı iddia edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, hazırda məsələ ilə bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun hadisəyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, məsələ ilə bağlı digər aidiyyəti qurumlara sorğu ünvanlanıb.