Вернуться назад Распечатать

Alimlər ürəyin bərpasına kömək edən gen tapıblar

Doğuşdan sonra fəaliyyəti dayanan CCNA2 geni infarkt və ürək çatışmazlığından sonra ürək hüceyrələrinin bölünməsini yenidən bərpa edə bilər.

Liderxeber.az xəbər verir ki, aparılan tədqiqatın nəticələri "Regenerative Medicine" jurnalında dərc olunub.

Amerikalı alimlər belə nəticəyə gəliblər ki, təhlükəsiz virus vektorundan istifadə edərək CCNA2 geninin aktivləşdirilməsi ortayaşlı yetkin şəxslərdə ürək əzələsi hüceyrələrinin bölünməsini stimullaşdırır.

Bu, əvvəllər regenerasiya qabiliyyəti olmadığı hesab edilən ürək hüceyrələrinin yeni funksional toxuma əmələ gətirə biləcəyinə dair ilk sübutdur.

Təcrübədə 21, 41 və 55 yaşlı donorların ürək hüceyrələrindən istifadə edilib.