Вернуться назад Распечатать

C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı

Təbii C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi bəlli olub.

Liderxeber.az xəbər verir ki, tanınmış rusiyalı həkim Natalya Mixaylova gazeta.ru-ya açıqlamasında itburnu, kivi, qarağat, sitrus meyvələri, bolqar bibəri və kartofun adını çəkib.

Onun sözlərinə görə, C vitamini qida və ya pəhriz əlavələri şəklində qəbul edildikdə faydalıdır.

Həkim deyib ki, C vitamini kollagen sintezini stimullaşdıran və hüceyrələri oksidləşdirici stresdən qoruyan ən güclü təbii antioksidantlardan biridir. Oksidləşdirici stresdən qorunmaqla yanaşı, C vitamini dərinin parlaqlığına kömək edir, qan damarlarının divarlarını gücləndirir, onların elastikliyini artırır və qan axınını yaxşılaşdırır.

Rusiyalı həkimin dediyinə görə, daxilə qəbul etməkdən fərqli olaraq, üzünüzə təbii C vitamini çəkmək - məsələn, askorbin turşusu, limon və ya portağal - heç bir fayda vermir.