Вернуться назад Распечатать

Big Time Education Ankara Universitetinin TÖMER mərkəzinin Azərbaycanda rəsmi təmsilçisi seçilib

“Big Time Education” MMC Ankara Universitetinin nəzdində fəaliyyət göstərən TÖMER (Türkçe Öğretim Mərkəzi) ilə rəsmi əməkdaşlıq çərçivəsində Azərbaycanda bu qurumun rəsmi təmsilçisi statusunu əldə edib.

Big Time Education-dan Liderxeber.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində Big Time Education vasitəsilə Azərbaycanda türk dili üzrə beynəlxalq standartlara uyğun rəsmi imtahan və sertifikatlaşdırma xidmətləri təqdim olunacaq. Keçirilən imtahanlar rəsmi status daşıyır və imtahan nəticələrinə əsasən verilən TÖMER sertifikatları Türkiyədə, eləcə də bir çox ölkələrdə beynəlxalq səviyyədə tanınır.

Bildirilir ki, imtahanlar şəffaf və etibarlı prosedurlar əsasında təşkil olunur. Namizədlər Bakı, Gəncə, Naxçıvan şəhərlərində və digər bölgələrdə imtahanlarda iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edilir ki, qeydiyyat prosesi sadələşdirilib və imtahanda iştirak üçün yalnız pasport və ya şəxsiyyət vəsiqəsi tələb olunur. Bu təşəbbüs türk dili biliklərini rəsmi sənədlə təsdiqləmək, eləcə də təhsil və karyera planları üçün beynəlxalq səviyyədə tanınan sertifikat əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub.

Şirkət fəaliyyətində peşəkar yanaşma, şəffaf proses və rəsmi nəticələrin təmin olunmasını əsas prioritet kimi göstərir.