Qusar-Quba yolunda avtomobil qəzası baş verib.
Liderxeber.az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
İlkin məlumata görə, yolun buz bağlaması səbəbindən idarəetmədən çıxan mikroavtobus və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə mikoavtobus aşıb.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Aidiyyəti qurumlara sorğu verilib.