Övladım 5 yaşlı Bağırzadə Yusif Əhməd oğlu B-ALL kəskin leykozdan əziyyət çəkir.
Bu barədə Liderxeber.az-a açıqlamasında onun atası Əhməd Bağırzadə məlumat verib.
Onun sözlərinə görə, 17.11.2025-ci il tarixdə bu diaqnoz təsdiqləndi.
"2 aydır İstanbul şəhəri Acıbadem Altunizade xəstəxanasında müalicə alır. Hal-hazırda müalicəni davam etdirmək üçün maddi vəziyyətim çox pisdir. Müalicənin aylıq tutarı və ilik köçürülmə əməliyyatı üçün tələb olunan məbləğ 110 min dollardır".
O, övladının dil qüsurlu olduğu və danışa bilmədiyini bildirib.
Əhməd Bağırzadə hərbiçi olduğunu qeyd edərək bir ata kimi hamıdan bu çətin yolda onlara kömək etmələrini xahiş edib.
🇦🇿Kapital bank: 4169738840346021 (Əhməd Bağırzadə)
🇷🇺Сбербанк: 9021373751 Насирзаде Рахид
🇹🇷TR03 0001 0090 1085 5597 7050 01 Gönül Patlak
Əlaqə (wp) +994554819388 - atası