Вернуться назад Распечатать

Şorba sevənlərə mühüm xəbərdarlıq: Zərərləri üzə çıxdı

Rusiyalı qastroenteroloq Maksim Çulev şorbaları sağlamlığa zərərli edən inqrediyentləri sadalayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə o, Gazeta.ru-ya verdiyi müsahibəsində danışıb.

Mütəxəssis bildirib ki, hisə verilmiş ətlər, kolbasalar, qaymaq, emal olunmuş pendir və çox miqdarda duz şorbaları sağlamlığa zərərli edir.

Həkim izah edib ki, bu inqrediyentlər qaraciyərə əlavə yük düşür, arterial təzyiqin yüksəlməsinə və mayenin tutulmasına səbəb olur.

Maksim Çulev həmçinin yağlı ət bulyonundan hazırlanan şorbaların sağlamlığa faydalarını şübhə altına alıb. Onun sözlərinə görə, belə şorbalar xüsusən qastrit, mədə xorası və yüksək turşuluqdan əziyyət çəkən insanlarda mədənin selikli qişasını qıcıqlandıra bilər.

Eyni zamanda, həkim vurğulayıb ki, yüngül tərəvəz şorbaları, püre şorbalar və az yağlı bulyondan hazırlanan yeməklər maye balansını qorumağa və tərəvəz istehlakını artırmağa kömək edir. Mütəxəssis əlavə edib ki, şorbalar xüsusilə həddindən artıq yeməyə meylli insanlar üçün faydalıdır, çünki onlar minimum kalori ilə doyma hissi yaradır.