Abşeron rayonu, Xırdalan dairəsi yaxınlığında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Liderxeber.az-a verilən məlumata görə, hadisə bu gün saat 12:50-də qeydə alınıb.
Bildirilib ki, hadisə nəticəsində Fərid Aftandil oğlu Musayevin idarə etdiyi 77-VY-894 dövlət nömrə nişanlı, "Iveco" markalı avtomobil ilə Fərid Mətləb oğlu Primovun idarə etdiyi 77-JG-861 dövlət nömrə nişanlı, "Ford Transit" markalı avtomobil ilə toqquşub. Daha sonra "Ford Transit" markalı avtomobil isə Yusif Elşən oğlu İzzətlinin idarə etdiyi 99-OL-398 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə Xırdalan dairəsi yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, "Chevrolet Cruze", "Ford Transit" və "QAZel" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.