Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.
Liderxeber.az xəbər verir ki, mərasim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutur.
Xalq artisti ilə vida mərasimində ailə üzvləri ilə yanaşı, görkəmli sənətkarlar, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Rasim Balayevin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılacaq.
Xatıladaq ki, tanınmış aktyor İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.