Вернуться назад Распечатать

FHN bir neçə obyekt üzrə 3.5 milyon manatlıq tender elan etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsi bir neçə obyekt üzrə əsaslı təmir və yenidənqurma işləri ilə bağlı açıq tender elan edib.

Liderxeber.az xəbər verir ki, satınalma çərçivəsində nazirliyin İdman-Sağlamlıq Klubu və Gəncə Regional Mərkəzində əsaslı təmir işləri, həmçinin Mülki müdafiə qoşunlarının Lənkəran rayonunda yerləşən alayında yenidənqurma və bərpa işlərinin aparılması nəzərdə tutulur.

Tender üzrə ehtimal olunan qiymət 3 milyon 539 min 898.31 manat təşkil edir.

Məlumata görə, layihə çərçivəsində söküntü, kərpic divarların hörülməsi, suvaq və digər tikinti-bərpa işlərinin həyata keçirilməsi planlaşdırılır.