Вернуться назад Распечатать

Ağdaşda ağır qəza: Ölən var

Ağdaşda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb.

Əlirza Lətifovun idarə etdiyi VAZ-2106 markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin - 41 yaşlı Ramil Həsənov xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.