Вернуться назад Распечатать

ÜST rəhbəri: "İqlim böhranı səhiyyə böhranı da deməkdir"

"İqlim böhranı həm də səhiyyə böhranı deməkdir".

Liderxeber.az xəbər verir ki, bunu Bakıda COP-dan qabaq keçirilən Sağlam Gələcəklərin Proqnozlaşdırılması Qlobal Sammitində çıxışı zamanı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, iqlim dəyişikliyi insan sağlamlığına təsir edir: "Ümumi səylər olmasa, bu problem daha da böyüyəcək".

ÜST rəhbəri vurğulayıb ki, təşkilat Azərbaycanla yaxından əməkdaşlıq edir.