Вернуться назад Распечатать

Uzunmüddətli saxlama üçün ən uyğun qidalar açıqlandı

Bəzi qida məhsulları uzun müddət otaq temperaturunda saxlanılsa belə, keyfiyyətini itirmir.

Liderxeber.az xəbər verir ki, mütəxəssislər bu məhsulların siyahısını təqdim ediblər:

1. Konservləşdirilmiş qidalar:

Ət, paxlalılar və bir çox tərəvəz konserv şəklində 2-5 il saxlanıla bilər.

Meyvə və şirələr konservlərdə 12-18 ay ərzində saxlanır.

Evdə hazırlanmış konservlər isə ən çox 12 aya qədər yararlıdır.

2. Retort-Paketlərdə olan məhsullar:

Tunets və dəniz məhsulları bu paketlərdə təxminən 18 ay ərzində keyfiyyətini qoruyur.

3. Qurutulmuş Məhsullar:

Quru düyü və makaronlar açılmamış halda iki ilə qədər saxlanıla bilər.

Qurudulmuş ət məhsulları 12 aya, quru meyvələr isə 6 aya qədər saxlanır.