Вернуться назад Распечатать

Azərbaycanda tələbələr arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Xəstəxanaya yerləşdirilənlər var

"Zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərə mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub".

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00-da Tovuz rayonunda zəhərlənmə şübhəsi ilə bağlı çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadaları göndərilib.

Hadisə yerindən 8 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub. Hər bir xəstəyə zəruri tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - deyə TƏBİB-dən bildirilib.

17:53

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

17:38

Tovuz Peşə Təhsili Mərkəzində tələbələrin zəhərlənmə şübhəsi ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat daxil olub.

Agentlikdən Liderxeber.az-a verilən məlumat görə, hazırda bu barədə araşdırma aparılır.

Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Aygün Mirakif

17:18

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb.

Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərləniblər.