İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirildi

İranda Kəşfiyyat İdarəsinin rəis müavini qətlə yetirilib.
Liderxeber.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, İranın Suran şəhərində ETTELAAT (Təhlükəsizlik Kəşfiyyat) İdarəsinin rəis müavini naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.
Qeyd olunur ki, qətlə görə məsuliyyəti İran hökumətinə müxalif olan "Ceyşül-Ədl" silahlı qruplaşması üzərinə götürüb. Hadisənin təfərrüatları barədə hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, son dövrlərdə İranın Sistan-Bəlucistan vilayətində hökumət rəsmilərinə qarşı hücumların sayı artıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

29 noyabr 2024, Cümə
Suriya yenidən gündəlikdə - “Hizbullah” və HƏMAS-dan sonra növbə Bəşşara çatır - TƏHLİL

03 dekabr 2024, Çərşənbə axşamı
Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?