Pressa.az » Dünya » Çin Sədri ABŞ-yə səfər edəcək

Çin Sədri ABŞ-yə səfər edəcək

18 mart 2025, Çərşənbə axşamı, 09:25
Çin Sədri ABŞ-yə səfər edəcək

Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər mühüm rəsmilər yaxın gələcəkdə ABŞ-yə səfər edəcəklər.

Liderxeber.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Amerika lideri Donald Tramp deyib.

O, təfərrüatları açıqlamadan bildirib: “Çin sədri Si Cinpinin tabeliyində olan əsas fiqurlar çox da uzaq olmayan gələcəkdə gələcək”.

ABŞ dövlət katibi Marko Rubio martın 14-də bildirib ki, Vaşinqton və Pekin Trampla Si Cinpin arasında görüş üçün hələlik hər hansı konkret tarix barədə razılığa gəlməyiblər, lakin bu görüş “müəyyən bir nöqtədə” baş tutacaq.