Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərdi

Ermənistan Türkiyə ərazisi vasitəsilə Suriyaya humanitar yardım göndərib.
Liderxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunun üçün Ermənistan-Türkiyə sərhədində “Marqara” nəzarət-buraxılış məntəqəsi müvəqqəti olaraq açılıb.
Məlumata görə, dərman vasitələri və ərzaqdan ibarət humanitar yardımı daşıyan yük avtomobilləri artıq sözügedən məntəqədən keçib.
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Suriyaya yardımın göndərilməsində əməkdaşlıq etdiyinə görə Türkiyəyə təşəkkür edib.
Xatırladaq ki, Ermənistan hökuməti “Marqara” sərhəd-buraxılış məntəqəsini müvəqqəti olaraq açmaq barədə qərar qəbul edib. Bildirilib ki, məntəqə Suriyaya yardım göndərilməsi üçün açılır və martın 21-dən 31-nə qədər açıq olacaq.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO