İstanbulda silahlı hücumda Azərbaycan vətəndaşı yaralandı

İstanbulun Şişli bölgəsində restoranlardan birində silahlı insident baş verib.
Liderxeber.az “Haberler” portalına istinadən xəbər verir ki, silahlı iki nəfər restoranda müştəri qismində olan 3 nəfərə atəş açıb.
Hadisə nəticəsində həmin üç nəfərdən ikisi ağır, biri isə yüngül xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların Erkan A. və Beyhan T. adlı Türkiyə, eləcə də Hüseyn M. adlı Azərbaycan vətəndaşı olduğu məlum olub.
İnsidenti törədən şəxslər isə hadisə yerindən qaçıb. Hazırda onların tapılması istiqamətində işlər aparılır.
Oxşar Xəbərlər:

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 sentyabr 2024, Çərşənbə axşamı
“Yango Azerbaijan” Bakıda hazır yeməklərin çatdırılması xidmətinə start verib