Tailandda güclü zəlzələyə görə məktəbləri bağladılar

Bu gün Tailandda baş verən zəlzələ səbəbindən məktəblər bağlanıb.
Liderxeber.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Phethonqthan Çinavat məlumat verib:
“Bütün dövlət qurumları məlumatlandırılıb və məktəblərə uşaqları erkən evə göndərmək tapşırılıb. Hökumət həmçinin növbəti 24 saat ərzində daha çox yeraltı təkanların baş verə biləcəyi barədə xəbərdarlıq edib”.
Tailandın Fəlakətlərin Qarşısının Alınması Departamenti zəlzələnin ölkənin demək olar ki, bütün bölgələrində hiss edildiyini bildirib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

16 oktyabr 2024, Çərşənbə
Türkiyədəki güclü zəlzələ nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb - YENİLƏNİB-4