Pressa.az » Dünya » Zəlzələdən sonra İstanbulu tərk edirlər

Zəlzələdən sonra İstanbulu tərk edirlər

24 aprel 2025, Cümə axşamı, 09:00
Zəlzələdən sonra İstanbulu tərk edirlər

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində ard-arda zəlzələlər baş verib.

Liderxeber.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, zəlzələdən sonra vətəndaşların İstanbulu tərk etdiyi görüntülər yayılıb.

İstanbuldan gedənlərin daha çox Tekirdağ rayonuna doğru hərəkət etdiyi bildirilir.

Xatırladaq ki, ötən gün baş verən zəlzələrdən ən güclüsü  6,2 maqnitudalı olub və 10 saniyə davam edib. Zəlzələlər zamanı 151 nəfər panikaya düşərək özünü binadan atıb. Ümumilikdə isə 240-a yaxın şəxs xəsarət alıb.