İspaniya və Portuqaliyada elektrik verilişi dayandı - Nəqliyyat sistemi çökdü

İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb.
Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Madrid, Barselona, Sevilya, Portuqaliyanın isə Lissabon və Portu şəhərlərində işıqforlar da daxil bütün nəqliyyat sistemləri çöküb.
İşıqforların işləməməsi isə tıxaca səbəb olub. Nəticədə qatarlar dayanıb, hava limanları və metro fəaliyyətini tamamilə dayandırıb.
İspaniyanın elektrik şəbəkəsi “Renfe”nin məlumatına görə, saat 12:30-da elektrik enerjisi kəsilib və bütün stansiyalarda qatarların xidməti dayanıb: “Problemin səbəbi hələ ki bəlli deyil. Elektrikin bərpası üçün hazırda şirkətlərlə iş gedir. Qısa zamanda vətəndaşlara məlumat veriləcək”.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

31 oktyabr 2024, Cümə axşamı
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO