Pressa.az » Dünya » Xarkov və Dneprə dron hücumu - Ölən və yaralılar var

Xarkov və Dneprə dron hücumu - Ölən və yaralılar var

30 aprel 2025, Çərşənbə, 08:42
Xarkov və Dneprə dron hücumu - Ölən və yaralılar var

Aprelin 29-u axşam saatlarında Ukraynanın Xarkov və Dnepr şəhərləri Rusiya Silahlı Qüvvələri tərəfindən “Şahed” tipli kamikadze dronları ilə kütləvi hücuma məruz qalıb.

Liderxeber.az UNIAN-a istinadən xəbər verir ki, hadisə nəticəsində Xarkovda 38 nəfər yaralanıb.

Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyası dron hücumlarından sonra şəhərdə bir neçə yanğının baş verdiyini, çoxsaylı fərdi yaşayış evlərinin zərər gördüyünü açıqlayıb.

İlkin məlumatlara görə, hücum nəticəsində bir nəfər həlak olub.